Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçiriblər.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Tvitter"də yazıb.
O qeyd edib ki, 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Eyni gündə gömrük orqanları daha bir uğurla əməliyyat həyata keçirib.
Komitə sədri bildirib ki, əməliyyatçıların peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində Biləsuvar gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib.