Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Bu barədə Teleqraf.com-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində rəis müavini Nigar Etibar məlumat verib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!", - məlumatda vurğulanıb.
AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndində qeydə alınıb.
Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü Emin Məmmədov və kənd sakini yaralanıb.