3 Noyabr 2014 16:46
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər naziri Ramil Usubov Sumqayıtda polis olmaq istəyənləri qəbul edəcək.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri 29 noyabr 2014-cü il tarixdə saat 12:00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən qəbul ediləcəklər.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər