Ehtimal var ki, təhsil kreditləri Azərbaycandakı əcnəbi tələbələrə şamil olunmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə, fondla bağlı qərarlar qəbul edildikdən sonra daha ətraflı məlumat veriləcək: "Burada məqsəd tələbələrimiz üçün təhsilin əlçatanlığının təmsil edilməsidir. Kreditlər haqqında qaydalar bir ay ərzində hazırlanarsa, sentyabrdan etibarən tələbə təhsil kreditlərinin verilməsi planlaşdırılır".