16 İyul 2021 13:50
3 828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Məftun Qurban oğlu Abbasovun Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb.

Teleqraf.com Məftun Abbsovla bağlı məlumatları təqdim edir.

Məlumata görə, Məftun Abbasov ixtisasca hüquqşünasdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alıb. Belə ki o, 2014-2016-cı illərdə Avstriyada yerləşən Beynəlxalq Anti-Korrupsiya Akademiyasında (The International Anti-Corruption Academy) oxuyub. Məftun Abbasov burada antikorrupsiya elmləri üzrə magistratura təhsilinə yiyələnib.

Sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqi olub.

Məftun Abbasovun sonuncu iş yeri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktorunun müavini vəzifəsi olub. O, bu vəzifədə 2021-ci il ilin mart ayınadək çalışıb. Bununla da limanın baş direktorunun müavinlərinin sayı dörddən ikiyə enib.


Müəllif: Səxavət

Oxşar xəbərlər