20 Yanvar 2022 14:28
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

“1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızla birlikdə olmağa davam edəcəyik”, - paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər