21 Noyabr 2014 14:16
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov paytaxt polisinin fəaliyyətini araşdırmağa davam edir.

Publika.az-a daxil olan məlumata görə, BŞBPİ-nin yeni rəisi bir neçə gün öncə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində olub.

İddiaya görə, qəfil bölmənin binasına gələn Mirqafar Seyidov polis əməkdaşlarına 2 iritutumlu avtobusa minmələrini əmr edib.


Çaşbaş qalan, nəyin baş verdiyini anlamayan bölmənin bütün şəxsi heyəti general-mayorun göstərişinə əməl etməli olublar.


Verilən məlumatda bildirilir ki, Mirqafar Seyidov 25-ci polis bölməsinin əməkdaşlarını qan analizi vermələri üçün özü ilə birlikdə Respublika Narkoloji Dispanserə aparıb. Ciddi nəzarət altında baş tutan analizin nəticələri barədə məlumat verilməyib.

BBŞPİ-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur. “Əgər belə bir yoxlama olubsa, nəticələri açıqlanacaq”.


Müəllif:

Oxşar xəbərlər