28 Fevral 2022 13:29
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralın 28-də Ukraynadakı vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 174 Azərbaycan vətəndaşını çarter reysi ilə təxliyə edəcək.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Rumıniyadan uçuş həyata keçirəcək təyyarə saat 23:00-00:00 ətrafında Bakıda eniş edəcək.

Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin "Tailwind" şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər