Türkiyəli müğənni Bülənt Ərsoy bu dəfə iftar süfrəsi ilə gündəmə gəlib.
Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, ifaçının yaxın dostu onunla balıq restoranında iftarda çəkilən fotoları sosial media hesabında paylaşıb. O, şəklə "Divamla orucumuzu açarkən. Allah qəbul etsin" sözlərini yazıb. Süfrədə kürü, omar, kalamar, lakerda kimi bir çox dəniz məhsulları diqqət çəkib. Paylaşım sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.