“Dünyanın ən sevimli aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”i “Bir millət, iki dövlət, tək festival” şüarı ilə Bakıda gerçəkləşdirdik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə paylaşımında qeyd edib.
“Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik”,- vurğulanıb.