5 Avqust 2022 12:50
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini dəstənin hücumunun arxasında Rusiyanın xüsusi xidmət organları da dura bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, həmin qruplaşmaya (“Mehdinin Mücahidləri”) həm də Suriyanın və Bəşər Əsədə yaxın çevrələrin də təsiri var:

“Bu radikal qrupun istər Yaxın Şərq, istərsə də Avropadakı fəaliyyəti həmişə Bəşər Əsədə yaxın çevrələrin maraqları ilə sinxronluq təşkil edib. 44 günlük Vətən müharibəsi ərəfəsi də Azərbaycana qarşı bir neçə dəfə Rusiya xüsusi xidmət orqaları tərəfindən məhz Bəşər Əsəd hökumətinə yaxın qrupların istifadəsi epizodlarə olub. Londonda səfirliyimizə hücum planı da onların vasitəsilə gerçəkləşdirməsi mümkündür.

Rusiya bu addımla həm İran-Azərbaycan münasibətlərinə, həm də Britaniya ilə əlaqələrimizə zərbə vurmağı, qarşılıqlı etimadsızlığı formalaşdırmağı hədəfləyə bilər. Keçən ay Avropanın enerji təhlükəsizliyində Bakıda Azərbaycan Prezidentinin Avropa Birliyinin kommissarı ilə birğə imzaladığı memorandum qısamüddətli hesabda Rusiyanın Ukrayna mövzusinda təsir rıçaqlarının azalamasında, uzunmüddətli hesabda isə Avropanı enerji mövzusunda şantaj imkanlarını azaldır.

Digər tərəfdən, regiondakı mövcud və yeni kommunikasiyaların marşrutların inkşafı birbaşa Rusiyadan yan keçməklə həyata keçirilir.

Bundan başqa, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə son olaylar fonunda Moskva bu təxribatı təşkil etməklə diqqəti Qarabagdan yayındırır. Digər tərəfdən də, Azərbaycanda məhərrəm ayı ərəfəsi aktiv olan dini kəsimdə, şiə-sünni gərginliyi yaratmaq hədəflənir, bununla da Azərbaycan üçün yeni gərginlik ocağı təşkil edilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər