"İslamiadada 8-i qızıl olmaqla, ümumilikdə 23 medal qazanan pəhləvanlarımızın göstərdiyi yüksək nəticə Azərbaycan güləşinin gələcəyinə inamı daha da artırır”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb. O bildirib ki, V İslam Həmrəyliyi Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə yadda qalıb.
“Bu əzmkar qələbə ilə komandamıza və ölkəmizin layiqincə təmsil olunmasına mühüm töhfə verən güləşçilərimizi və məşqçi heyətini təbrik edirik”, - Cabbarov qeyd edib.