6 Sentyabr 2022 12:20
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə birlikdə "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisini ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, onlar stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il sərgidə 8 ölkə milli stendləri ilə iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər