Dünyanın ən varlı adamlarından biri İlon Mask çətin bir prosesdən sonra Tvitter sosial şəbəkə platformasını 44 milyard dollara satın alıb.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəmə gələn Mask “Nyu-York Tayms” (NYT) qəzetini hədəfə alıb.
Sözügedən qəzetdə “İlon Mask necə geosiyasi xaos agentinə çevrildi?” adlı məqalə dərc edib. NYT Rusiya-Ukrayna müharibəsi, İrandakı kütləvi etirazlar və Çin ilə Tayvan arasındakə gərginliyə son qoymaq üçün verdiyi təkliflərinə görə Maskı “geosiyasi xaos agenti” adlandırıb.
Mask Tvitter hesabında Amerika nəşrinə belə cavab verib:
“Nyu-York Tayms” qlobal siyasətdə yeni, xaotik bir aktor kimi ortaya çıxdı. Qəzetin dünyanın ən partlayıcı münaqişələrinə müdaxiləsi bəzən müsbət olsa da, verdiyi mesajlar da problemlər yaradıb”.
Mask qəzetə açıqlama verən “anonim mənbələr”i də ələ salıb:
“Mövzuya yaxın olan anonim mənbələrin bildirdiyinə görə, onlar anonim qalmaq istəyirlər”.