2 Noyabr 2022 13:14
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda səfərdə olan Türkiyə parlamentinin erməni deputatı Qaro Paylsan bu ölkənin keçmiş prezidenti Serj Sərkisyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə deputatla eks-prezident arasında mübahisə yaşanıb.

Paylan görüşdə Sərkisyana Baş nazir Nikol Paşinyana kömək etməyi təklif edib və “milli birlik” tezisini irəli sürməyə çalışıb. Serj Sarkisyan Qaro Paylana sərt cavab verib: “Nədə kömək etməliyik, xəyanətinə?”.

Serj Sərkisyan onu da əlavə edib ki, Nikol Paşinyan Ermənistanın baş naziri olduğu müddətdə ölkənin durumu daha da pisləşəcək və bu, Qarabağ məsələsində ölkəyə yaxşı heç nə gətirməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər