Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Zəfər yürüşü başlayıb.
Teleqraf.com xəbər verir ki, yürüş Şəhidlər xiyabanından başlayaraq Alov Qüllələri kompleksi, “İçərişəhər” metrostansiyası, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gurun abidəsinə qədər davam edəcək.
Yürüşdən əvvəl şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, zəfər yürüşü üç marşrut üzrə təşkil edilib.