Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Tviter hesabında paylaşım edib.
"Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə xəbər tutdum. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm"- deyə, nazir bildirib.