13 Dekabr 2014 10:00
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl ehsan israfçılığına qarşı başlanan tədbirlər dayandırılıb. Hökumətin yas mərasimlərində ehsan islahatları inzibati müdaxilələrlə müşahidə olunduğuna görə prosesə fasilə verilib.

Axar.az-ın əldə etdiyi xəbərlərdə bildirilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanlar İdarəsi arasında bu məsələ razılaşdırılıb. Dini komitə ilə QMİ ehsan israfçılığına qarşı mübarizənin kampaniyaya çevrilməsinin qarşısını alıb.

Belə qərara alınıb ki, proses tədricən həyata keçirilsin və inzibati müdaxilələr olmasın. Çünki yerlərdə icra nümayəndələri ilə vətəndaşlar arasında anlaşmazlıq yaranır.

Qeyd edək ki, bölgələrdən bəzi yas məclislərinə rəsmi strukturların müdaxiləsinə dair şikayətlər eşidilirdi. Komitə sədri Mübariz Qurbanlı da çıxışında kimsəni məcbur etməməyə çağırmışdı. Əslində, ehsan israfçılığına son qoyulmasının müsbət və ictimaiyyətin böyük kəsimi tərəfindən dəstəklənən təşəbbüs olduğu bildirilən açıqlamada prosesin maarifləndirmə, təbliğat və tədricən həyata keçirilməsi vurğulanırdı.


Müəllif:

Oxşar xəbərlər