24 Dekabr 2022 14:21
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Türkiyəyə qarşı təxribatlarını davam etdirən Yunanıstanı dayandırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

“Yunanıstan bütün müttəfiqlərin əvvəlcədən xəbərdar olmasına baxmayaraq, son bir həftə ərzində planlaşdırılan NATO təlimində iki dəfə bizim təyyarələrimizi sıxışdırıb. Təyyarəmiz həmişəki kimi cavab verib və missiyasını uğurla başa vurub. NATO-nun bu ərköyünlüyə “dur” deməsinin vaxtı çatıb. Yunanıstanın hər cür haqsız və qanunazidd addımlarına indiyədək diplomatik masada və meydanda lazımi cavab verilib və bundan sonra da veriləcək”, - müdafiə naziri bildirib.

Akar Türkiyənin Azərbaycana dəstəyinin davam etdiyini də bildirib.

üdafiə naziri il ərzində Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında 12 təlimin keçirildiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər