“Erməni diasporu I Dünya müharibəsi zamanı onlara qarşı qeyri-insani davranış iddialarını bütün dünyada təbliğ edir. Eyni zamanda, onlar beynəlxalq aləmdə məlum olmayan çirkli sirrə malikdirlər. Bu, onların antisemitizm və İsrailə qarşı dərin nifrətidir. Bu məsələ erməni cəmiyyətində dərdin kök atıb”.
Publika.az xəbər verir ki, bu barədə İlia Dövlət Universitetinin mühazirəçisi, “Türkiyənin İsrail və Azərbaycanla ittifaqı” kitabının müəllifi Aleksandr Murinson ABŞ-ın “The Hill” nəşrində dərc olunan “Ermənistanda antisemitizm” adlı məqaləsində bildirib.
Onun sözlərinə görə, ermənilər yəhudiləri “ocar”, yəni “sabun” adlandırırlar: “Bu, nasist düşərgələrində yəhudilərin məhv edilməsinə işarədir. Bu çirkli siyasi kampaniya ermənilər tərəfindən tarix boyu aparıldığı halda, Konqresin bəzi üzvləri hələ də Ermənistanı və onların diasporunu dəstəkləyir. Ermənistan dövləti bu gün də antisemitizmi çiçəkləndirməkdə davam edir.
“Wikileaks”ın bu barədə “Erməni mətbuatı müxalifəti tənqid etmək üçün antisemitizmdən istifadə edir” başlığı ilə verdiyi materialda bildirilir ki, 2008-ci ildə hökumətə yaxın media, televiziya orqanları müxalifəti yəhudilərlə işbirliyində, masonluqda ittiham edir, antisemit ifadələrlə tənqid edirdilər. Hətta sabiq prezident Levon Ter-Petrosyanın həyat yoldaşı yəhudi olduğu üçün hökumətə yaxın KİV kəskin antisemit ifadələr işlədir.
“Ermənistanın səsi”, “Hayots Ashkhar” media orqanlarında Petriosyan Ermənistanın düşməni elan edilir, onu İsrail və “Azad masonlar”la bağlılıqda ittiham edirdilər. Bu media orqanları iddia edirdilər ki, yəhudi mason lojası onun seçki kampaniyasına 60-70 milyon dollar vəsait ayırıb. Bu gün də Ermənistan KİV-ində bu cür antisemit qoxulu təbliğatlar aparılır”.
Müəllif bu gün Ermənistanda olduqca az sayda yəhudinin qaldığını bildirib. Onun fikrincə, buna səbəb dövlət səviyyəsində aparılan antisemitizm kampaniyasıdır.