2 Fevral 2023 14:56
3 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistanın Almatı bəyannaməsi üzrə sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalaması, bizim üçün növbəti addımlarla bağlı qərar verməyi çətinləşdirib”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Azərbaycan və Ermənistan Avropa Birliyi ilə birlikdə 1990-cı ilin dekabrında qəbul edilmiş Almatı bəyannaməsində göstərilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalayanda, bizim üçün növbəti addımlarla bağlı qərar vermək çətinləşdi. Çünki Almatı bəyannaməsində qeyd olunur ki, müstəqil dövlətlər arasında yeni sərhədlər Sovet İttifaqının respublikalarının, o cümlədən Ermənistan SSR və Azərbaycan SSR-in inzibati sərhədlərindən keçəcək, Dağlıq Qarabağ Muxtar Vilayəti o zaman Azərbaycanın tərkibində idi”, - nazir vurğulayıb.

Lavrov vəziyyətin çoxşaxəli olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu