Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.
"Bu gün Xocalı faciəsinin qurbanlarını yad edirik. Allah rəhmət eləsin!", - diplomat bildirib.