Müsavat partiyasının sədri Arif Hacılı millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, partiya rəhbəri akt baş verənədək millət vəkilinin tez-tez hədəyə məruz qalmasına diqqət çəkib.
“Fazil Mustafanın dini məsələlərə dair fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə məlumdur. Bu fakt və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsi ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ipucları verir. Bu hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır. Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq”, - Arif Hacılı deyib.