"Çox xoşbəxtik…Qazandığımız medalları azərbaycanlı həmkarlarımıza ərmağan edirik”.
Teleqraf.com xəbər verir ki, bunu İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda qızıl medal qazanan türkiyəli altel Cansu Bektaş deyib.
“Onlara (azərbaycanlı həmkarlarıma-red) salam olsun. Sizi çox sevirik, yanınızdayıq”, - Avropa çempionatının qızıl medalçısı deyib.
Qeyd edək ki, Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medala sahib olub.
İdmançı azərbaycanlı həmkarlarını dəstəklədiyini bildirib.