27 Aprel 2023 15:05
9 522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycanla yanaşı, İsrail və Ukraynanı da düşmən hesab etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist bildirib ki, İrəvanda Azərbaycana qarşı təxribat xarakterli vərəqələr yayılmağa başlayıb:

“Ukraynalı fəalların sosial mediada paylaşdığı həmin vərəqələrdə Azərbaycan, Ukrayna və İsrail bayraqlarının yandırılmasına çağırışlar edilir, üzərində erməni və fars dillərində “Bizim ümumi düşmənlərimiz var” qeydi yer alır.

İrəvanda, ermənilərin hələlik yaşadıqları şəhərdə vərəqələrdə niyə fars dilində çağırış olmalıdır? İlk baxışdan təəccüblüdür, amma proses bəsit, primitivdir.

Vərəqələrin məzmunu İrandan alınmış göstəriş əsasında hazırlanıb və ermənilərdə Tehranın guya onları “tam, daimi və dönməz şəkildə dəstəklədikləri” illüziyasını yaratmaqla yanaşı, ermənilərin şüurlarına Azərbaycan və İsraillə bərabər, Ukraynanın da düşmən olduğu idefiksinin yeridilməsidir.

Vərəqələrin yayılması Rusiyanın da maraqlarına cavab verir, çünki bayraqları əks olunmuş dövlətlər Moskvanın postsovet məkanındakı neoimperialist və şovinist siyasətinin reallaşdırılması qarşısında Kreml üçün ən ciddi maneələr sırasındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər