“KTMT Ermənistana kömək etməyə hazır idi”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Ermənistana kömək etməyə hazır idik. Təşkilatın 2022-ci ilin payızında keçirilən İrəvan sammiti üçün erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq, KTMT-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanmışdı. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılmışdı. Sonra son anda sammitdə erməni dostlar bunun qəbulunu təxirə salmağı istədilər. İndiyə qədər kağız şəklində qalır və həyata keçirilə bilmir. Amma İrəvan artıq razılaşdırılmış şeyi təsdiqləsəydi və imzalamağa və qüvvəyə minməyə hazır olsaydı, mən əminəm ki, Ermənistan bundan faydalanar və daha sabit vəziyyətdə olardı”, - nazir bildirib.