Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir.
Teleqraf.com xəbər verir ki, Ərdoğan xalqa müraciətində öncə ona dəstək verən hər kəsə minnətdarlığını bildirib.
O qeyd edib ki, prezident seçkilərinin ikinci turu xalqın iradəsi ilə tamamlanıb:
“İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq”.