2 İyun 2023 13:55
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycanın işğaldan əziyyət çəkən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü bir neçə səbəbdən önəmlidir. Birincisi, bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir. İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır. Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqlara Azərbaycanda yardım davam etdiriləcək.

Ermənistan Ukraynaya yardım etmir. Halbuki müharibəyə qədər Ukraynada azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib.

Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Vladimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib. İnşallah, bu da olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər