25-26 iyun tarixlərində Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup hərbi qulluqçusu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil edilən "Zəfər Azərbaycanındır!" adlı ekspedisiyanın tərkibində "Zəfər" zirvəsinə yürüş ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan əməkdaşlar, burada Azərbaycan dövlət bayrağı ilə bərabər Fövqəladə Hallar Nazirliyinin rəmzi olan bayrağı zirvədə dalğalandıraraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.