3 İyul 2023 20:51
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər