14 İyul 2023 21:25
3 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Balasanyanın həbsi Kremli hansısa yolla hərəkətə gətirməyə, separatçıların Moskvadan incidiyini və Qərbdə dəstək axtardıqlarını göstərməyə hesablanıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Brüsseldə sabahkı görüşdən əvvəl – bu gün Xankəndidə təşkil olunmuş şou, görünür, təşkilatçıların fikrincə, Avropanın siyasi ictimaiyyətini dayandıra bilər. Ən azı Avropadakı erməni lobbisinə siqnal vermək istəyirlər ki, Laçın yolu məsələsində Bakını güzəştə getməyə məcbur etmək üçün Brüsselə təzyiqləri gücləndirsinlər.

Təsadüfi deyil ki, şounun ikinci hissəsi Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların “hərəkətsizliyinə” etiraz olaraq keçirilib. Görünür, rusiyapərəst hesab edilən Vitali Balasanyanın həbsi Kremli hansısa yolla hərəkətə gətirməyə, separatçıların Moskvadan incidiyini və Qərbdə dəstək axtardıqlarını göstərməyə hesablanıb.

Divar qəzeti ideoloqlarının iştirakı ilə kənd özfəaliyyət tamaşaları səviyyəsində hazırlanan tədbir növbəti sabun köpüyünə çevrildi. Yeri gəlmişkən, bu, 2025-ci ildə regionu tərk edəcək Rusiya sülhməramlıları üçün yaxşı arqument ola bilər”, - politoloq bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər