Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".