12 Sentyabr 2023 18:09
5 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın gələcəkdə Ağdam-Xankəndi marşrutu ilə yanaşı, Laçın yolunun da açılacağına ümid edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu il iyulun 25-də Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərləri ilə üçtərəfli görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi bütün maraqlı tərəflərlə birlikdə Moskvada hazırlanıb. Mövqelərdə ciddi fərq və qarşılıqlı inamsızlığın yüksək olduğunu nəzərə alsaq, bu iş asan olmayıb.

İlk addım olaraq, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin xətti ilə bölgəyə humanitar yük çatdırılıb. Qarabağ sakinlərinə 15 tona yaxın ərzaq, gigiyena vasitələri və yataq dəstləri verilib”, - Zaxarova bildirilib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Ağdam-Xankəndi marşrutu ilə yanaşı, Laçın yolunun da açılacağını gözləyirlər. Zaxarova qeyd edib ki, belə bir gəlişmə rəsmi Bakının nümayəndələri ilə erməni icmasının nümayəndələri arasında dialoqun başlanmasına və üçtərəfli anlaşmaların ən yüksək səviyyədə həyata keçirilməsi üzrə ritmik işin bərpasına şərait yaradacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər