"Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir. Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.
"Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - Hacıyev bildirib.