20 Oktyabr 2023 12:13
2 927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş qondarma qurumun başçısı Samvel Şahramanyan İrəvanda etiraz aksiyası keçirən separatçılara müraciət edib.

Teleqraf.com xəbər verir ki, etirazçıların qarşısına çıxan Şahramanyan onlara vətənlərinin Qarabağ yox, Ermənistan olduğunu deyib.

“Atdığım bütün addımlara görə sizin hamınız və bütün ailələriniz qarşısında cavabdehəm. Verdiyim qərarlara görə hamı qarşısında mən də cavabdehəm. Burada mənə müxtəlif şüarlar səsləndirirlər. “türkdür” deyirlər. Bizim başqa vətənimiz var, Ermənistan Respublikası – bura bizim vətənimizdir, bizim Ermənistanın taleyini təhlükəyə atmağa haqqımız yoxdur. Mən sizin hamınızla görüşməyə və məni ittiham etdiyiniz hər şeyi danışmağa hazıram”, - separatçı bildirib.

Şahramanyan qeyd edib ki, Qarabağla bağlı deyə biləcəyi başqa sözlər Ermənistanı təhlükə altında qoya bilər. Separatçılar ondan qondarma qurumun fəaliyyətini “mühacirət hökuməti” adı ilə davam etdirməsini istəyirlər.

Qeyd edək ki, bu, Samvel Şahramanyanın qondarma qurumun ləğv edilməsindən sonra ilk ictimai çıxışıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər