Fransa otuz illik işğal tarixinə malik olan Ermənistanı təkrar silahlanıdırır. Bu, birmənalı şəkildə Azərbaycana qarşı yönələn düşmənçilik fəaliyyətidir.
Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, indiyədək Ermənistanı bir çox ölkələr təmənnasız olaraq silahladırırdı: "Amma bütün bu proseslər heç bir halda Ermənistanın Azərbaycan qarşısında güc balansı yaratmağa və ölkəmizə qarşı müqavimət potensialı formalaşdırmağa imkan vermədi. Otuz il silahlanan Ermənistan cəmi 44 günlük müharibədə və erməni ordusunun qalıqları isə 24 saat antiterror tədbirləri ilə tamamilə darmadağın edildi.
Hesab edirəm ki, bu silahlanma da Ermənistana heç bir halda xoşbəxtlik gətirməyəcək. Əksinə bu, regionda təhlükəsizliyə və sülhə böyük təhdidlər yaradacaq. Bu fəaliyyətlərin nəticəsi Ermənistan üçün kifayət qədər ağrılı-acılı olacaq. Baş verənləri izləyəcəyik.
Ermənistana verilən silahlar Azərbaycan silahlı qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığına təhdid törədə biləcək məsafədə yaxınlaşa, harada yerləşməsindən asılı olmayaraq zərərsizləşdiriləcək”.