26 Oktyabr 2023 12:49
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın dörd qonşu ölkəsindən üçü ilə çox gözəl iqtisadi və ticarət əlaqələri var. Nikol Paşinyana demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması haqda öz mövqeyini bildirmişdi".

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda bildirib.

"Azərbaycan 2020-ci 10 noyabr tarixində imzalanan bəyanata əsasən kommunikasiyaların açılması istiamətində uzun müddət çalışıb və öz mövqeyini bildirib. Biz kommunikasiyaların açılmasını istəyirik, amma bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Digər hallarda bizim kifayyət qədər imkanlarımız var", - Baş nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər