8 Dekabr 2023 13:05
3 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbçilərin təhvil verilməsi və ya alınması Azərbaycan-Ermənistan sərhədində baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan Azərbaycan və Ermənistanın dünənki birgə bəyanatına istinadla deyib.

“Əsirlərin qaytarılması yaxın gələcəkdə, bir neçə saat və ya gün ərzində baş verməlidir”, - komitə sədri bildirib.

Xandanyan qeyd edib ki, Azərbaycan və Ermənistanda saxlanılan hərbçilərin təhvil verilməsi sərhəddə baş tutacaq.

Komitə sədri təsdiqləyib ki, Ermənistanda ömürlük həbs cəzasında məhkum edilən Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov da təhvil veriləcək.

Azərbaycan və Ermənistanın birgə bəyanatına əsasən, Bakı 32, İrəvan 2 hərbçini təhvil verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər