Azərbaycanın həbs etdiyi separatçılar - Arayik Arutunyan, Ruben Vardanyan və digərləri barəsində ibtidai istintaq hərəkətləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, istintaq yekunlaşdıqdan sonra Azərbaycan xalqı gedişat barədə ətraflı məlumatlandırılacaq:
“Separatçılarla bağlı vahid istintaq-əməliyyat qrupu yaradılıb. İstintaq hərəkətləri beynəlxalq konvensiya və qanunvericiləyə uyğun aparılır”.