28 Fevral 16:23
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət Ermənistan və Azərbaycan iki qonşu kimi dinc yaşamalıdır, bütün keçmiş ağrılı məqamlara baxmayaraq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

“Önəmli bir prinsip var: qonşularınla ​​dinc yaşamalısan. İndi hansısa proses nəticəsində qarşıdurma yaranıb. Belə davam edə bilməz, dayandırılmalıdır. İndi bir-birimizlə danışmağı təklif edirik. Əvvəlcə bəlkə də vasitəçilər vasitəsilə... Daha doğrusu, indi vasitəçilər vasitəsilə danışırıq. Ən ağrılı məsələlər haqda danışmaq lazımdır. Çox çətin tarix var: on minlərlə qurban və yaralı, hər iki tərəfdən minlərlə itkin, müəyyən ərazi problemləri. Əminik ki, bütün məsələləri həll etmək olar. İndi biz o yoldayıq”, - prezident bildirib.

Xaçaturyan Azərbaycan və Ermənistan liderlərinin iki həftə əvvəl Münxendə, xarici işlər nazirlərinin bu gün Berlində görüşdüklərini xatırladıb.

Ermənistan prezidenti vurğulayıb ki, masada sülh müqaviləsi sənədinin layihəsi var, tərəflər bunun üzərində ümumi razılığa gəlməyə çalışırlar:

“Yol budur, məsələləri güclə, müharibə yolu ilə həll etmək lazım deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər