6 Aprel 13:25
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Cənubi Qafqazda genişlənməsinin əsas səbəbkarı Rusiyadır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

Ekspert dünən Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilən görüşə diqqət çəkib:

“Qərbin Cənubi Qafqazda genişlənməsinin əsas səbəbkarı Rusiyadır. Üçtərəfli razılaşmanın bəndləri tam, danışıldığı kimi, vaxtında həyata keçirilsəydi, regionda Qərbə bu qədər təhlükəli həddə əl-qol açmağa imkan yaranmazdı. Bizi Xocalı, Xankəndi mövzularında aldatmaqdansa, mediasında zatulinləri, solovyovları üzərimizə salmaqdansa, danışıqlara özü əməl etməliydi. Qarantı olduğu Ermənistanın da danışıqlarda öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nəzarət etməli idi.

Maraqlıdır ki, bizim TV-lərin əsas siyasi verlişlərin aparıcıları və daimi ekspertlərinin əksəriyyətinin mesajları (bilərəkdən və ya bilməyərəkdən) zərərli kontekslərdədir. Çünki qənaətləri elə Fransa xarici işlər nazirinin Blinkenlə birgə brifinq zamanı açıqlaması ilə sinxronluq təşkil edir. Çıxışların əsas xətti “Rusiyanın maraqları regionda zədələnir” şəklindədir və bunu arqumentləşdirmək üzərindən qurulub.

“Rusiyanın Cənubi Qafqazda maraqlarının zədələnməsi”, bunu əsaslandırmaq və sair bizim problemimiz deyil. Bizim işimiz öz maraqlarımızın müdafiəsini əsaslandırmaq, bunu arqumentləşdirmək və təbliğ etməkdir. Bizə qarşı istifadə olunacaq arqumentləri tirajlamaq lazım deyil.

Dünənki (Brüssel) görüşün və zəif Ermənistana vəd olunan “onu hərtərəfli gücləndirmək dəstəyi”nin mahiyyəti isə özünü çox gözlətmədi. Azərbaycan mövqeləri səhərə kimi 30 dəfədən çox atəşə tutulub. Bunu bu dəstəyin “ilk əlaməti” kimi qəbul etməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər