23 Aprel 16:58
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını müsbət qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında bildirilir.

Qeyd olunur ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların son iclasının, eləcə də 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinin başlanılmasının müsbət nəticələri var.

"Litva ümid edir ki, bir-birinin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması regionda davamlı sülhə gətirib çıxaracaq”, - deyə bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər