2 İyul 17:48
5 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq beynəlxalq gündəmdə Qarabağ münaqişəsi yox, Zəngəzur dəhlizinin açılması məsələsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllindən sonra Zəngəzurun dərhal gündəmə gəlməsi təsadüfi deyil: “Bu, ABŞ-yə lazımdır, Rusiyaya lazımdır, Türkiyəyə lazımdır, İrana lazımdır, Çin və Hindistana lazımdır”.

Oskanyan belə bir qəribə fikir də səsləndirib:

“Əgər bu gün Ermənistanın xarici işlər naziri mən olsaydım, beş dəqiqəyə bu məsələni gündəmdən çıxarardım”.

Sabiq nazirin fikrincə, Ermənistan müharibədən sonra danışıqların gündəliyini dəyişmək üçün bir çox imkanlarını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu