30 Avqust 13:04
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyalarının 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Baş Naziri Aparatının mətbuat xidməti məsələ ilə əlaqədar “Armenpress”in suallarını cavablandırıb.

Suallar və cavablar aşağıdakı kimidir:

- 30 avqust 2024-cü il tarixli press-relizdə deyilir ki, komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə müvafiq qaydada imzalanıb. İmzalama harada baş tutub?

- Əsasnamə diplomatik kanallar vasitəsilə sənədlərin əslinin mübadiləsi yolu ilə imzalanıb.

- Əsasnamənin mətni nə vaxt dərc olunacaq?

- Sənəd daxili koordinasiya prosedurlarının həyata keçirilməsi çərçivəsində gələn bazar ertəsi ictimaiyyətə açıqlanacaq. Əsasnamə Ermənistan qanunvericiliyinə uyğun olaraq hökumətin müzakirəsinə veriləcək, bundan sonra Milli Məclisdə onun ratifikasiyası proseduruna başlanacaq və bu məqsədlə sənəd ilk növbədə Ermənistan Konstitusiya Məhkəməsinə göndəriləcək.

- Sənəd niyə indi dərc edilmir?

- Əslində komissiyalar sənədin əsas məzmunu aprelin 19-da keçirilən görüşlə bağlı press-relizdə əvvəlcədən açıqlayıblar. Sənədin sonradan dərci hər iki ölkədə proseslərin mümkün qədər sinxronlaşdırılması zərurəti ilə bağlıdır.

- Niyə əsasnamə 2024-cü il iyulun 1-də razılaşdırılmadı?

- İyulun 1-nə olan məlumata görə, komissiyalar artıq bir neçə dəfə əsasnamə layihəsi üçün iş variantları və təkliflər mübadiləsi aparıblar, amma layihəni nəhayət razılaşdırmaq və imzalamaq üçün danışıqlar faktiki olaraq bir az daha çox vaxt aparıb.

- Sərhədin delimitasiyanın növbəti mərhələsi nə vaxt və sərhədin hansı hissəsində həyata keçiriləcək?

- Aprelin 19-da keçirilən görüşlə bağlı press-relizdə deyilir ki, tərəflər reqlament təsdiq edildikdən sonra ardıcıllıqla razılaşmalı və sərhədin bütün qalan hissələrinin delimitasiyası prosesini davam etdirməli olduqları barədə razılığa gəliblər.

- Sərhədin qalan hissələrində delimitasiya eyni prinsiplə davam edəcək?

- Komissiyaların aprelin 19-da keçirilən görüşü ilə bağlı press-relizində deyilir ki, tərəflər sərhədlərin müəyyənləşdirilməsi prosesində 1991-ci il Almatı bəyannaməsini rəhbər tutacaqları və bunun əsasnamədə təsbit ediləcəyi barədə razılığa gəliblər.

- Təsdiqləmə prosesi nə qədər çəkə bilər?

- Artıq qeyd etdiyimiz kimi, sənədin ratifikasiya proseduru çərçivəsində orada nəzərdə tutulan öhdəliklərin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsinin müsbət mövqeyi olarsa, artıq ratifikasiya üçün parlamentə təqdim olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər