Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılmasına hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qrant Mikayelyan deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın sülh prosesi çərçivəsində irəli sürdüyü tələbləri həyata keçirməyə razılaşıb.
“Məsələn, Ermənistan sülh müqaviləsi imzalanandan sonra üçüncü dövlətlərin qüvvələrini sərhəddə yerləşdirməməyə razıdır, Minsk Qrupunu buraxmağa və beynəlxalq məhkəmələrdə iddialarını geri götürməyə hazırdır”, - Mikayelyan belə deyib.