9 Yanvar 13:34
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması üçün təklifləri bəllidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

Baş nazir qeyd edib ki, bunun üçün Qazax-Tavuş istiqamətində həyata keçirilən demarkasiya təcrübəsi və iki ölkənin delimitasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq, delimitasiya və demarkasiya prosesi davam etdirilməlidir.

Paşinyan bəzi digər təklifləri bunlardır:

“90 faiz hazır olan sülh müqaviləsi imzalamaq;

Atəşkəs pozuntularının araşdırılması üçün birgə mexanizm tətbiq etmək;

Harada olduğu məlum olmayan şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsinin həlli istiqamətində tam intensivliklə işləmək;

Beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, amma bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək;

Sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək;

Silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı danışıqlar mexanizmini formalaşdırmaq;

Hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri bütövlükdə müzakirə etmək, sülh əldə edildikdən sonra birgə peşəkar, ekspert komitəsinin formalaşdırılması;

ATƏT-in Minsk qrupunun buraxılması”.

İki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına gəlincə, Paşinyan bununla bağlı özünün irəli sürdüyü “Sülh qovşağı” layihəsinə istinad edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər