İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Mərkəzi Klinikadan məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır-stabil olaraq qalır.
Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun bir aya yaxındır Mərkəzi Klinikada müalicə aldığı bildirilir.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.