9 Yanvar 17:07
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Cənab Baş nazir, əməlləriniz sözlərdən daha yüksək səslə danışsın.

Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan, həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınız “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə konstitusiyanızda və milli qanunvericiliyinizdə yer alan iddialardan əl çəkməyə başlamaqdan nəyin bahasına olursa-olsun imtina edirsiniz?"- deyə mətbuat katibi paylaşımda qeyd edib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər