24 Aprel 2015 17:09
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev bayram tədbirlərində iştirak etmək üçün Çanaqqala şəhərinə səfərə gəlib.

Bu barədə Teleqraf.com "Anadolu" agentliyinə istinadən məlumat verir.

Türkiyədə bu gün Çanaqqala savaşında Qələbənin 100-cü ildönümü qeyd olunur.

I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Türkiyədə Çanaqqala savaşını “alicənabların döyüşü” adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.


Müəllif:

Oxşar xəbərlər