Belçika iki qonşu ölkə olan Ermənistan və Azərbaycan arasında hərbi münaqişənin tezliklə həllini arzulayır.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Şurasının Nazirlər Komitiəsinin sədri, Belçikanın xarici işlər naziri Didye Reynders Bakıda mətbuat konfransında deyib.
O bildirib: "Biz ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli mövqeyini dəstəkləyirik".